Rəsmi: “Mançester Yunayted” ayrılığı açıqladı

“Mançester Yunayted” mövsümün sonunda futbolçusu Ander Herrera ilə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi “tvitter” hesabı məlumat yayıb. “Mançester Yunayted”lə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək Herrera, klubdan ayrılacaq.

2014-cü ildə “Atletik”dən 36 milyon avroya transfer edilən yarımmüdafiəçi, “Mançester Yunayted” formasıyla 189 rəsmi qarşılaşmada iştirak edərək, 20 qol vurub.

Herreranın PSJ ilə müqavilə imzalayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button