“Qarabağ” – “Nant” oyunu üçün UEFA-ya müraciət edilib
Sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Nant” matçından əvvəl bir dəqiqəlik sükut elan oluna bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məlumat verib. Qurbanov bununla bağlı UEFA-ya müraciət edildiyini deyib:
“Bəli, müraciət olunub. Nə cavab gəlsə, sabah biləcəyik”.
Qarabağda son günlərdə erməni silahlıları ilə döyüşlərdə Azərbaycan ordusundan çox sayda əsgər şəhid olub.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin