Milli komandanın baş məşqçisi ilə yeni müqavilə

Futbol üzrə Uels millisinin baş məşqçisi Robert Peyclə müqavilə müddəti uzadılıb.

Komanda.az Uels Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Peycin yeni müqaviləsi 2026-cı il dünya çempionatınadək nəzərdə tutulub.

Robert Peyc 2020-ci ildən yığma komandaya rəhbərlik edir. O, bu postda Rayan Giqqzi əvəzləyib.

Uels bu il Qətərdə keçiriləcək dünya çempionatında İngiltərə, İran və ABŞ-la birlikdə B qrupunda yer alacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button