Qazaxıstan millisinin Azərbaycanla oyun üçün yekun heyəti bilindi

Qazaxıstan yığmasının UEFA Millətlər Liqasında Belarus və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün yekun heyətini açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Məhəmməd Adıyev 33 oyunçudan ibarət siyahıdan 6 futbolçunu çıxarıb. Belə ki, qapıçı Danil Ustimenko (“Kayrat”), müdafiəçilər Dmitri Şomko, Alibek Kasım (hər ikisi “Aktobe”), Qafurjan Suyumbayev (“Aksu”), yarımmüdafiəçi Maksim Samodorov (“Aktobe”) və hücumçu Aybar Jaksılıkov (“Tobol”) yekun heyətdə yer almayıb:

Qapıçılar: İqor Şatski (“Şaxtyor” Karaqandı), Məhəmmədcan Seysen (“Taraz”), Bekxan Şayzada (“Ordabası”);

Müdafiəçilər: Sergey Malıy, Aleksandr Maroçkin, Baqdat Kairov (hamısı “Tobol”), Yeldos Ahmetov (“Taraz”), Mixail Qabışev, Talqat Kusyapov (hər ikisi “Astana”), Marat Bıstrov (“Axmat”, Rusiya), Temirlan Yerlanov, Nuralı Alip (“Zenit”, Rusiya);

Yarımmüdafiəçilər: Yuri Loqvinenko, Ramazan Orazov (hər ikisi “Aktobe”), Asxat Taqıbergen, Samat Jarınbetov (hər ikisi “Tobol), Aslan Darabayev, Timur Dosmaqambetov, İslambek Kuat (hər ikisi “Astana), Yan Voroqovski (“Molenbek”. Belçika), Baxtiyor Zaynutdinov (MOİK, Rusiya), Elxan Astanov (“Ordabası”), Adilet Sadıbekov (“Kayrat”);

Hücumçular: Abat Aymbetov (“Astana”), Abılayxan Jumabek (“Taraz”), Artur Şuşenaçev (“Kayrat”), Roman Murtazayev (“Şaxtyor” Karaqanda)

Sentyabrın 22-də Belarusu qəbul edəcək Qazaxıstan yığması bundan üç gün sonra “Dalğa Arena”da Azərbaycan millisinin qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button