“Atletiko”da yeni rekordçu
İspaniyanın “Atletiko” komandasının kapitanı Koke Madrid təmsilçisinin tarixinə düşüb.
Komanda.az xəbər verir ki, o, klubun tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.
La Liqanın 5-ci turu çərçivəsində baş tutan “Selta” ilə matçda (4:1) meydana çıxan yarımmüdafiəçi, bu komandanın heyətində 551-ci oyununu keçirib. Nəticədə o, bu klubun sabiq futbolçularından olan Abelardonu geridə qoyaraq, “Atletiko”da ən çox oyun keçirmiş oyunçuya çevrilib.
Koke “Atletiko”nun öz yetirməsidir. O, 2009-cu ildən bu klubun əsas komandasında forma geyinir. 30 yaşlı futbolçu 551 matçda 47 qol vurub, 100 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi İspaniya yığmasının da formasını geyinir. O, milli komandada 66 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin