“Qarabağ”ın maraqlandığı hücumçu “Hatayspor”da

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Kabo Verdedən olan hücumçu “Ze Luis” kimi tanınan Xose Luis Mendes Andradeni transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ze Luisin sonuncu iş yeri Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubu olub. O, bu ilin əvvəlindən sözügedən komandada forma geyinirdi. Hücumçu daha öncə “Jil Visente”, “Braqa”, “Videoton”, “Spartak” (Moskva), “Portu” və “Lokomotiv” (Moskva) klublarının da uğurları üçün çalışıb. Kabo Verde yığmasında 19 oyun keçirmiş futbolçu, 3 qol vurub.

Xatırladaq ki, son günlərdə Ze Luislə “Qarabağ”ın da maraqlandığına dair xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button