ÇL: “Mən favorit olduğumuzu düşünmürəm” – Qalte
PSJ-nin baş məşqçisi Kristof Qalte komandasını Çempionlar Liqasının favoriti hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi komandasını ÇL-də favorit kimi görmədiyini deyib:
“Yox. Rəqiblərlə münasibətdə belə demək düzgün olmaz. Hər il 8 və ya 9 komanda Çempionlar Liqasını qazana biləcəklərinə inanır. Çox vaxt onlar yarışın sonuna çatmırlar, sürprizlər, inanılmaz ssenarilər olur. Təbii ki, Çempionlar Liqasını qazanmaq istəyirik. Amma mən favorit olduğumuzu düşünmürəm”.
PSJ sentyabrın 6-da, Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində doğma meydanda “Yuventus”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin