“Qarabağ”ın rəqibindən əzmkar qələbə

Futbol üzrə Fransa çempionatında 4-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Nant” növbəti matçına çıxıb.

Sözügedən komanda bu gün öz meydanında “Tuluza” ilə qarşılaşıb. İlk hissədən sonra 0:1 geridə olan “Qarabağ”ın rəqibi fasilədən sonra 3 qol vurmaqla əzmkar qələbə qazanıb.

Bu, sözügedən komandanın yeni mövsümdəki ilk qələbəsidir. 4 oyundan sonra 5 xalı olan “Nant” 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

“Qarabağ”ın “Nant”a qarşı ilk oyunu sentyabrın 15-də Bakıda, ikinci matçı isə oktyabrın 27-də səfərdə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button