Obameyanqın “Çelsi”yə transferi niyə yubanır?

“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanqın niyə hələ də “Çelsi”yə keçmədiyi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb:

“Düşünürəm ki, Obameyanqın müqaviləsi məsələsi strategiya oyunudur. “Çelsi” bilir ki, “Barselona” Jül Kunde ilə müqavilə imzalamaq üçün oyunçularını satmalıdır. Ona görə də, ingilislər Obameyanq üçün 17 milyon avrodan çox pul və bonus ödəməyə razı deyillər.

Kataloniya klubu da öz növbəsində Obameyanqın “Çelsi”nin baş məşqçisi Tomas Tuxel üçün vacib olduğunu bilir və oyunçu üçün 30 milyon avro istəyir. Məncə, 20 milyon avro ədalətli qiymət olacaq”.

Obameyanq 2022-ci ilin yanvarında, “Arsenal”la müqaviləsi bitdikdən sonra azad agent kimi “Barselona”ya keçib. Onun kataloniyalılarla müqaviləsi 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button