“Fənərbaxça”dan Belçika klubuna
Türkiyənin “Fənərbaxça” klubu gənc oyunçusu Məhəmməd Gümüşkaya ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Belçikanın “Vesterlo” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Türkiyəli futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Belçika klubunun bu keçidə görə “Fənərbaxça”ya nə qədər ödədiyi bəlli deyil.
Gümüşkaya “Fənərbaxça”nın öz yetirməsidir. 11 yaşından bu klubda olan futbolçu, 2020-ci ildən əsas komandada da oyuna çıxırdı. Türkiyənin gənclərdən ibarət yığmasının üzvü daha öncə “Boluspor” və “Girəsunspor”da da icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin