“Vilyarreal” onu 18 milyon avroya satdı
İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Vilyarreal” klubundan Pervis Estupinanı transfer edib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Premyer Liqa klubu bu keçidə görə La Liqa təmsilçisinə 17,8 milyon avro ödəyəcək.
Pervis Estupinan 2020-ci ildən “Vilyarreal”da çıxış edirdi. Ekvadorlu futbolçu bu komandada keçirdiyi 2 mövsüm ərzində 74 oyuna çıxıb. O, daha öncə ölkəsində “Kito”, İngiltərədə “Uotford”, İspaniyada “Qranada”, “Almeriya”, “Malyorka” və “Osasuna” kimi klublarda çıxış edib. Sol cinah müdafiəçisi Ekvador yığmasında 26 oyuna 3 qol vurub.
“Brayton” qapıçısı Kyel Sxerpeni də Niderlandın “Vitess” klubuna icarəyə verib. 22 yaşlı qolkiper 2022/23 mövsümünün sonuna kimi bu komandada icarədə oynayacaq. İngiltərə klubu onu ötən mövsüm Belçika “Ostende”sinə də icarəyə vermişdi. Niderlandlı futbolçu daha öncə “Emmen” və “Ayaks”da, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
Bizi Facebook-da izləyin