“Napoli”nin prezidenti: “Avropa Liqası təsəlli mükafatından başqa bir şey deyil”

İtaliya A Seriyasında mübarizə aparan “Napoli”nin prezidenti Aurelio De Laurentis, baş məşqçi Karlo Ançelotti və UEFA Avropa Liqası haqqında açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub sahibi, Ançelottinin komandada gördüyü işlərdən razı olduğunu bildirib:

“Ançelottinin etdiklərinə görə xoşbəxtəm. Rəqibimiz “Yuventus” Kriştiano Ronaldonu transfer etməklə səviyyəsini yüksəltdi. “Napoli” də böyük bir Avropa komandasının toplaya biləcəyi qədər xal topladı”.

Avropa Liqasının 1/4 final mərhələsində “Arsenal”a məğlub olaraq mübarizəni dayandıran “Napoli”nin prezidenti, turnirlə bağlı da danışıb:

“Çempionlar Liqası və Avropa Liqası hazırkı vəziyyətinə görə dəyişməlidir. Avropanın ilk 7 liqasından ümumlikdə 80 komandanın qatılacağı bir turnir olmalıdır. Artıq beynəlxalq liqalarda rəqabəti artıra bilmirik. “Mançester Siti” – “Tottenhem” və “Barselona” – “Liverpul” oyunlarına diqqət edin, bu matçlarda həyəcan var. Çempionlar Liqasında 4-5 komanda məsələni həll edir, amma Avropa Liqası təsəlli mükafatından başqa bir şey deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button