Darmadağınla La Liqanı tərk etdilər
İspaniya La Liqasını cari mövsümdə tərk edəcək 2-ci klub məlum olub.
Komanda.az xəbər verir ki, 36-cı turda “Valensiya”ya doğma azarkeşləri önündə 2:6 hesabıyla darmadağın olan “Hueska”nın elitanı tərk edəcəyi dəqiqləşib. Sona 2 tur qalmış 20 iştirakçı arasında sonuncu sırada qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür.
36 turdan sonra 30 xal toplaya bilən “Hueska”, növbəti mövsümdə İspaniya Sequndasında çıxış edəcək. “Hueska” ilə yanaşı, “Rayo Valyekano” da bu mövsüm La Liqa ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin