“Portu”nun qapıçısı La Liqa klubuna keçdi

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Portu” klubunun qapıçısı Aqustin Marçesini transfer edib. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

“Selta” bu keçidə görə “Portu”ya cəmi 1 milyon avro ödəyib. Əlavə bonusların nəzərdə tutulub-tutulmadığı açıqlanmır.

Aqustin Marçesin 2019-cu ilin iyulundan “Portu”da çıxış edirdi. Argentinalı qolkiper bu komandada keçirdiyi 3 mövsüm ərzində 94 oyuna çıxıb, 78 qol buraxıb, 46 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Argentina yığmasında 8 oyun keçirmiş Marçesin, əvvəllər “Lanus”, “Santos Laquna” və “Amerika” klublarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button