“Qarabağ”la cavab matçında daha motivasiyalı oynayacağıq”
İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ” evdə çox güclü idi. İkinci hissədə topa sahib olduğumuz zaman xeyli fəallaşdıq. Doğma meydanda daha aqressiv oynamaq və şanslarından səmərəli istifadə etmək istəyirik. Növbəti mərhələyə vəsiqə qazanmaq və avrokubokların qruplarına düşmək istəyirik. Hazırda belə bir imkanımız var. Təbii ki, müəyyən gərginlik hiss edirik. Amma azarkeşlərimizin qarşısında daha motivasiyalı oynayacağıq”.
Sabah baş tutacaq “Sürix” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bakıdakı ilk görüşdə Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin