Azərbaycan millisi yoxlama oyunu keçirəcək – İslamiadadakı rəqibi ilə

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir.

Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, hazırlıq planına uyğun olaraq, yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək. Pərviz Səmədovun baş məşqçi olduğu komanda İslamiadadakı rəqibi Mərakeşlə, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.

Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar.

Azərbaycan yığması iyulun 18-də və 21-də Belarusla, iyulun 19-da və 22-də Mərakeşlə üz-üzə gələcək. Oyunlar saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button