Latviya klubundan ayrıldı – “Neftçi”yə qayıtdı
Latviyanın “Dauqavpils” klubu azərbaycanlı futbolçu Asim Əlizadə ilə yollarını ayırıb.
Komanda.az klubun rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdıb.
Əlizadə əsasən “ağ-qaralar”ın əvəzedici komandasında çıxış edib. O, martın 3-də Latviya təmsilçisinə icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin