“Neftçi” ilə oyunlarda olmayacaq – polşalı futbolçu

“Aris”in (Kipr) futbolçusu Karol Struski “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarında iştirak etməyəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Ukrayna “Dnepr”inə 4:2 hesabı ilə qalib gəldikləri yoxlama matçında zədələnib.

Körpücük sümüyü sınan polşalı oyunçu əməliyyat olunub. Onun təxminən üç aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

“Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button