“Qarabağ”ın rəqibi 2 futbolçusunu icarəyə verdi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” (İsveçrə) iki futbolçusunu icarəyə verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Silvan Vallner və Nils Rayxmut daha çox oyun təcrübəsi qazanmaq üçün 2022/2023 mövsümünü “Vil”də keçirəcək.
Bundan başqa, “Sürix” Rayxmutun müqaviləsinin 2025-ci ilədək uzadıldığını açıqlayıb.
“Qarabağ” “Sürix”lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin