PSJ keçmiş futbolçunun oğlunu transfer edə bilər
PSJ “Nitsa”nın yarımmüdafiəçisi Kefren Türamla maraqlanır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, parislilər 21 yaşlı fransalını bu yay transfer edə bilər. PSJ-nin yeni baş məşqçisi Kristof Qalte futbolçunu “Nitsa”dakı işindən tanıyır.
Türam 2021/22 mövsümündə bütün yarışlarda 41 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Kefren keçmiş fransalı müdafiəçi Lilian Türamın oğludur.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin