“Qarabağ”ın rəqibi 2 futbolçu ilə vidalaşır
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Lex” (Polşa) iki futbolçusu ilə yollarını ayırır.
Komanda.az “sport.interia”-ya istinadən xəbər verir ki, çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires Poznan təmsilçisində qalmaq istəmir.
Sikora artıq ölkəsinin “Viktoriya” klubunda təlim-məşq toplanışına qoşulub.
Ramires isə rəhbərliyə müraciət edərək, klubdan ayrılmaq istədiyini deyib. Buna baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”la görüşlərin iştirak ərizəsinə daxil edilib.
“Lex”lə “Qarabağ” arasındakı ilk oyun bu gün keçiriləcək. “Poznan” stadionundakı qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu iyulun 12-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin