“Poznandan əlverişli nəticə ilə dönmək vacibdir” – Veşoviç

“Lex”lə ilk oyunumuzu səfərdə keçirəcəyik. Amma həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə keçiriləcək oyunu barədə danışarkən deyib. Monteneqro millisinin üzvü Polşa mətbuatına açıqlamasında şansları dəyərləndirib. Veşoviç ilk matçın Poznanda keçirilməsinin onların lehinə olduğunu düşünür:

“Cavab oyununu evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də, daha asan olacaq”.

“Qarabağ”a gəlməzdən əvvəl 2018-2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinən Veşoviç, orada xoşagəlməz anlar yaşadığını etiraf edib:

“Klubdakı insanlarla problemim var idi. Mənə hörmət etmədiklərini hiss etdim. Bərpa dönəmindəki hərəkətləri mənə hörmət etmədiklərini göstərdi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər”.

“Qarabağ” “Legiya” ilə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button