Portuqaliyalı futbolçu rəsmən “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Jedson Fernandesi heyətinə qatıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hələ bu ilin əvvəlində “Beşiktaş”a transfer olunan 23 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanmışdı. Türkiyə klubu bu transferə görə “Benfika”ya 6 milyon avro ödəmişdi. Futbolçunun gələcəkdəki satışından da qazancın 50 faizi Portuqaliya klubunun olacaq. Lakin həmin vaxt portuqaliyalı oyunçu mövsümün sonuna kimi Türkiyənin digər klubu “Rizəspor”a icarəyə verilmişdi. İcarə müddəti bitən futbolçu artıq yeni klubuna qovuşub.
Fernandes “Benfika”nın öz yetirməsidir. Portuqaliya yığmasının da üzvü olan vinger, 2020/21 mövsümündə İngiltərənin “Tottenhem”, 2021-ci ildə isə Türkiyənin “Qalatasaray” klublarında icarədə oynayıb.
Bizi Facebook-da izləyin