“Qalatasaray” baş məşqçisini açıqlayacaq – sabah
Futbola “Qalatasaray”da başlayan Okan Buruk keçmiş klubuna baş məşqçi kimi geri dönəcək.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli mütəxəssislə danışıqlar rəsmən başlayıb. “Sarı-qırmızılar” sabah “Nef” stadionunda Burukla müqavilə imzalayacaq. Müqavilənin stadionda, azarkeşlərin qarşısında imzalanması planlaşdırılır.
Okan Buruk son olaraq “Başakşəhər”də çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin