Azarkeşlərdən üzr istədi

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan ötən mövsüm klubun ümidlərini doğrultmadığına görə azarkeşlərdən üzr istəyib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, yeni mövsümü səbirsizliklə gözlədiklərini deyib:

“Ötən mövsüm pis keçdi, daha çox çalışmalıyıq. Yeni mövsümü səbirsizliklə gözləyirik, çox həyəcanlıyıq. Atmosfer mütləq fərqli olacaq. Artıq yoxlama görüşlərində yaxşı oynamaq istəyi var. Bu, indi bizim üçün vacibdir. Biz azarkeşlərin inamını qaytarmaq istəyirik”.

“Mançester Yunayted” son mövsümdə Premyer Liqada altıncı yeri tutaraq heç bir kubok qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button