Açıqladı: Mövsümün sonunda karyerasını bitirir

“Mançester Yunayted”in sabiq futbolçusu Con Oşi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı müdafiəçi “instagram” hesabından məlumat yayıb. Hazırda İngiltərənin Çempionşip təmsilçisi “Ridinq”də forma geyinən Oşi, mövsümün sonunda karyerasını bitirəcəyini bildirib.

2001-2011-ci illər aralığında “Mançester Yunayted”də forma geyinən müdafiəçi, 2011-2018-ci illərdə “Sanderlend”in şərəfini qoruyub. Oşi, 119 dəfə də İrlandiya millisinin heyətində meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button