Fabreqas Fransa klubundan ayrıldı
Fransanın “Monako” klubu futbolçusu Sesk Fabreqasla yollarını ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
35 yaşlı futbolçu komandanı azad agent statusu ilə tərk edib.
Fabreqas 2019-cu ilin yanvarından “Monako”da çıxış edirdi. O, son mövsümdə cəmi 5 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin