“Bayern”dən ayrıldı, “Lids”ə keçdi
İngiltərənin “Lids” klubu Almaniya çempionu “Bayern”in futbolçusu Mark Rokanı transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İngiltərə təmsilçisi 12 milyon avro təzminat ödəyib.
Roka 2020-ci ildən Münhen klubunda oynayırdı. O, ötən mövsüm bütün turnirlər çərçivəsində 13 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin