“Sabah”ın baş məşqçisindən Həmid Ağalarovla bağlı AÇIQLAMA
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Ufa” klubunun hücumçusu Həmid Ağalarovu transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, Musayev “metaratings.ru”-ya açıqlamasında belə deyib:
“Mən hazırda mməzuniyyətdəyəm. Ona görə də, şərh verə bilmərəm. Transfer yoxdur, olsaydı, nəsə deyərdim. Mən çox futbolçu ilə maraqlana bilərəm. Amma siz də bilirsiz ki, transfer yoxdursa, bu, şərh edilməməlidir”.
Daha əvvəl Rusiyanın “eurostavka.ru” saytı “Sabah”ın Rusiyanın U-21 millisinin dağıstanlı hücumçusunu transfer etmək istədiyi ilə bağlı məlumat yayıb. Xəbərdə iddia edilib ki, Azərbaycan tərəfiAğalarovu milliləşdirmək də istəyir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin