“Barselona”nın futbolçularını təriflədi
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike yarımmüdafiəçilər Qavi və Pedrinin Millətlər Liqası matçlarındakı çıxışından danışıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Enrike, “Barselona”nın gənc futbolçularının ünvanına tərif deyib:
“Qavi və Pedrini meydana buraxanda heç bir problem görmədim. Pedri kimi layiqli birini görəndə onu oynamaq üçün meydana buraxmaq çətin deyil. Eyni şey Qaviyə də aiddir”.
İspaniya millisi bu gün UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Çexiya ilə qarşılaşacaq. Oyun saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin