Kuboku Ukrayna bayrağı ilə bükdü – FOTO
“Real”ın qapıçısı Andrey Lunin UEFA Çempionlar Liqasının qaliblərinin mükafatlandırılması mərasimindən sonra turnirin kubokunu Ukrayna bayrağı ilə büküb.
Komanda.az xəbər verir ki, daha sonra ukraynalı futbolçu xatirə olaraq kubokla şəkil çəkdirib.
Çempionlar Liqasının finalında “Liverpul”la “Real” qarşılaşıb. Oyun “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Lunin 2018-ci ildə “Zorya”dan (Luqansk) 8,5 milyon avroya “Real”a keçib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin