“Sabah”ın yubiley qolu
“Sabah” Premyer Liqada 25-ci heç-heçəsinə imza atıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, 28-ci turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub. Bakılılar yubiley heç-heçəsini qollu “sülh”lə gerçəkləşdirib – 1:1.
“Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb. Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin