Məmmədyarovun son görüşləri
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Chessable Masters” adlanan turnirin 13-cü turunda ağ fiqurlarla ingiltərəli Qaveyn Consla üz-üzə gələcək.
Məmmədyarov 14-cü turda ispaniyalı David Antonla qara, sonuncu – 15-ci turda çinli Dinq Lirenlə ağ fiqurlarla oynayacaq.
Turnirin mükafat fondu 210 000 dollardır.
19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. “Chessable Masters”də 16 zəka sahibi çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin