Qazaxıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı

Futbol üzrə Qazaxıstan yığmasının Azərbaycan, Slovakiya və Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün ilkin heyəti açıqlanıb.

Komanda.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev 33 futbolçuya dəvət göndərib.

Onların 4-ü qapıçı, 10-u müdafiəçi, 14-ü yarımmüdafiəçi, 4-ü isə hücumçudur:

Qapıçılar: İqor Şatski (“Şaxtyor”, Karaqanda), Məhəmmədcan Seysen (“Taraz”), Bekhan Şayzadə (“Ordabası”), Stas Pokatilov (“Aktobe”);

Müdafiəçilər: Sergey Malı, Aleksandr Maroçkin, Bağdat Kairov (hamısı “Tobol”), Yuri Loqvinenko, Temirlan Yerlanov (hər ikisi “Aktobe”), Marat Bıstrov (“Axmat”, Rusiya), Nuralı Alip (“Zenit”, Rusiya), Eldos Axmetov (“Taraz”), Mixail Qabışev (“Şaxtyor”, Karaqanda), Talqat Kusyapov (“Astana”);

Yarımmüdafiəçilər: Asxat Taqıbergen, Vladislav Vasilyev, Samat Jarınbetov (hamısı “Tobol”), Aslan Darabayev, İslambek Kuat (hər ikiisi “Astana”), Duman Narzildayev (“Kaspi”), Timur Dosmaqambetov (“Şaxtyor”, Karaqanda), Yan Voroqovski (“Molenbek”, Belçika), Qafurcan Suyumbayev (“Aksu”), Elxan Astanov (“Ordabası”), Bauırjan Baytana (“Taraz”), Ramazan Orazov, Maksim Samorodov, Arman Kenesov (hamısı “Aktobe”);

Hücumçular: Artur Şuşenaçev (“Kayrat”), Abat Aimbetov (“Astana”), Aybar Jaksılıkov (“Tobol”), Abılayxan Jumabek (“Taraz”).

Xatırladaq ki, Qazaxıstan yığması Millətlər Liqasındakı ilk oyununu Azərbaycana qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı “Astana Arena”da baş tutacaq matça Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button