“Sabah”ın ukraynalı legioneri üçün ilk

Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub. “Sabah” bu turda evdə “Sumqayıt”la heç-heçə edib (2:2).

Komanda.az xəbər verir ki, bu görüş komandanın ukraynalı vingeri Aleksey Kaşuk üçün əlamətdar olub.

Belə ki, 21 yaşlı futbolçu qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə fərqlənərək, komandasında ilk qoluna imza atıb. Kaşuk buna “Sabah”dakı 7-ci matçında nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button