“Mançester Siti” Halandın transferini açıqlamağa hazırlaşır
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland yaxın günlərdə rəsmən “Mançester Siti”nin futbolçusu olacaq.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
Qeyd olunur ki, tərəflər 21 yaşlı norveçli hücumçunun transferi ilə bağlı müqaviləni ötən həftə bağlayıb.
Haland 2020-ci ilin əvvəlində “Borussiya” ilə müqavilə imzamışdı.
O, “Borussiya”nın heyətində 88 matçda 85 qol vurub və 23 məhsuldar ötürmə edib.
Hücumçunun bazar dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin