Adiyev Azərbaycan millisiylə keçirəcəkləri oyundan danışdı
UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi Məhəmməd Adiyev açıqlama verib.
Komanda.az xəbər verir ki, Rusiya mətbuatına danışan mütəxəssis, Azərbaycan yığması ilə qarşıdakı oyuna da toxunub:
“İlk oyunun evdə olması əladır, amma buna çox da fikir vermirəm.
Səs-küylü bəyanatların tərəfdarı deyiləm. Amma hər oyunda qələbə üçün oynayacağıq. Rəqiblərimiz zəif deyil. Ona görə də, əlimizdən gələni etməliyik. Rəqabətədavamlı komanda formalaşdırmalıyam. Hazırda əsas hədəfimiz budur. Biz qalib gəlmək istəyirik”.
Qazaxıstan yığması UEFA Millətlər Liqasındakı ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı “Astana Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Bizi Facebook-da izləyin