Qazaxıstan millisində yeni baş məşqçi

UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi bəlli olub.

Komanda.az “sportradar”-a istinadən xəbər verir ki, Qazaxıstan millisi hazırda Karaqanda “Şaxtyor”una rəhbərlik edən Məhəmməd Adiyevə tapşırılacaq.

Adiyev bu postda Andrey Karpoviçi əvəzləyəcək. 45 yaşlı mütəxəssis “Akjayık”ə 0:1 hesabı ilə uduzduqları 7-ci tur oyunundan sonra klub rəhbərliyi ilə bu məsələ barədə görüşüb.

Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button