Quluzadənin komandası 4 qola üzüldü
Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zviyezda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:4. Amit bu görüşün iştirakçısı olmayıb.
“Çelik” hazırda 36 xalla 12 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin