“Borussiya” Halanddan cavab gözləyir

“Borussiya”nın (Dortmund) idman koordinatoru Sebastyan Kehl komandanın hücumçusu Erlinq Halandla bağlı açıqlama verib. 

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Kehl açıqlamasında, məbləği hər kəsə məlum olan bir təzminat və bunun üçün son tarix olduğunu söyləyib:

“Halandın ən qısa zamanda qərar verməsini gözləyirik, danışıqlar davam edir. Hələlik bu qədər. Bu mövzuda əlavə sözüm yoxdur.

Halandla çox yaxşı və etibarlı münasibətimiz var. Qərar nə qədər tez verilsə, bizim üçün bir o qədər yaxşıdır”

Kehl daha əvvəl bir açıqlamasında, Halandın müqaviləsində 75 milyon avroluq sərbəst qalma maddəsinin olduğunu bildirmişdi.

Haland bu mövsüm “Borussiya”da 26 oyunda 25 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button