Sautqeyt: “İngiltərə dünya çempionatını qazana biləcək komandalardan biridir”
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin qalibi ola biləcəklərini düşünür.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Sautqeyt, dünya çempionatının finalına çıxsalar, qələbə qazana biləcklərini deyib:
“Biz bu həftə komanda üzvləri ilə danışanda dedik ki, yarımfinala çıxa bilsək, finala da çıxa bilərik. Finala yüksələ bilsək, qalib gələ bilərik.
Düzdür, bunu etmək inanılmaz dərəcədə çətindir və biz ideala mümkün qədər yaxın olmalıyıq. Turnirə qədər yaxşı formada olmalıyıq. Birlikdə keçirdiyimiz hər gün bunun üzərində işləməliyik.
Bilirik ki, 3-4 ildir sabit çıxış edirik. İngiltərə dünya çempionatını qazana biləcək millilərdən biridir və məncə, bu komandaların sayı çox deyil”.
İngiltərə millisi tarixdə yalnız bir dəfə – 1966-cı ildə dünya çempionu ola bilib.
Bizi Facebook-da izləyin