“Bu oyunda ən yaxşı futbolçulardan istifadə edəcəyik” – Kazakeviç
Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, baş məşqçi, əsas məqsədlərinin qələbə qazanmaq olduğunu deyib:
“İstər rəsmi, istərsə də yoxlama oyununda əsas məqsədimiz qələbə qazanmaqdır. Hücumçular yaxşı mövqelərdə olmalıdırlar ki, qol şansları yaransın. Böyük potensiala malik olduğumuz standart vəziyyətlərdən də yararlanmalıyıq. Ancaq Küveytlə ilk görüşdə buna nail olmamışıq, hətta yaxınlaşmamışıq”.
Kazakeviç, Azərbaycan yığması ilə matçda əsas heyətə güvənəcəyini bildirib:
“Bu oyunda ən yaxşı futbolçulardan istifadə edəcəyik. İki görüş arasında üç günün olması bərpaya kömək edir. Debütantlar da yaxşı təəssürat yaratdılar. Onların komandaya cəlb olunması bizə müsbət təkan verdi. Sabahkı matçda da debütlər mümkündür. Məşqdə gördüklərimə əsasən deyə bilərəm ki, bu uşaqları çağırdığım üçün peşman deyiləm”.
Martın 29-da keçiriləcək Azərbaycan – Latviya oyunu saat 15:00-da başlayacaq.
Bizi Facebook-da izləyin