Burak Yılmaz milli karyerasını bitirdi
Türkiyə milli komandasının və “Lill” klubunun futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama yayıb. O, DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları oyundan (1:3) sonra milli formasında son matçını keçirdiyini deyib:
“Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir oyundan sonra milli komanda ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm”.
Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin