“Milan”ın İbrahimoviç planı
İtaliyanın “Milan” klubu hücumçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləməyi düşünür.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” mövsümün sonunda azad agentə çevriləcək isveçli hücumçuya 2,5 milyon avro təklif edəcək.
Aprel ayının sonunda “rossonyerlər” 40 yaşlı futbolçu ilə danışıqlar apararaq, ona 2,5 milyon avro maaş və bonuslarla birlikdə bir illik müqavilə təklif etməyi planlaşdırır.
Hazırda İbrahimoviç mövsümdə 7 milyon qazanır.
İsveçli hücumçu bu mövsüm İtaliya A Seriyasında 18 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin