Getsenin yeni həvəsi
Almaniya millisinin heyətində dünya çempionu olan, sonradan karyerasında eniş yaşayan Mario Getse yenidən əvvəlki günlərinə qayıtmağa çalışır.
Komanda.az xəbər verir ki, hazırda PSV-də forma geyinən yarımmüdafiəçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək arzusundadır.
Bir neçə il əvvəl futbol həyatında eniş yaşayan Mario həmyerlisi Rocer Şmidtin çalışdırdığı PSV-də yenidən özünü göstərməyi bacarıb.
Getse karyerasının sonlarında Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağı xəyal edir:
“Əslində Çempionlar kubokuna ehtiyacım yoxdur. Ancaq onu qazanmaq istəyi əla motivasiyadır. Daha əvvəl Almaniyadan kənara çıxmamışdım. İndi isə İngiltərədə, İtaliyada, İspaniyada oynamaq həvəsim yaranıb”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin