“Sabah”ın futbolçusunun əzələsində yırtıq aşkarlandı

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”la matçda zədələnən “Sabah”ın futbolçusu Bəxtiyar Həsənalızadənin vəziyyətinə aydınlıq gəlib.

“Sabah”ın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Həsənalızadənin qabırğalararası əzələsində kiçik yırtıq aşkarlanıb.

O, 20-ci turun “Səbail”lə qarşılaşmasında iştirak edə bilməyəcək.

Həsənalızadə “Qarabağ”ın futbolçusu Filip Ozobiçlə toqquşmadan sonra əvəzlənməli olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button