PSJ-nin prezidenti “Real”la oyundan sonra qalmaqal yaratdı

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandasının “Real”a uduzmasından (1:3) sonra qalmaqal yaradıb.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, matçın sonunda tribunaları tərk edən Əl-Xələfi qışqıraraq qonaq komandalar üçün tribunanın altındakı sahəyə enib. O, matçda bəyənmədiyi şeylərdən şikayət etmək üçün hakimlər otağını axtarıb. Amma PSJ-nin prezidenti çaş-baş qalıb və “Real”ın nümayəndəsi Karlos Davilanın otağına girib. Əl-Xələfini tez stadionun ofisindən çıxarmalı olublar.

PSJ iki oyunun nəticəsinə görə “Real”a uduzaraq, Çempionlar Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button