“Yenə Messinin penaltisini dəf etməyə hazıram” – Kurtua
“Real”ın qapıçısı Tibo Kurtua PSJ-nin hücumçusu Lionel Messinin penalti zərbəsini yenidən dəf etməkdən xoşbəxt olacağını bildirib.
Komanda.az “İTAsportpress”ə istinadən xəbər verir ki, belçikalı qapıçı, Çempionlar Liqasının Fransada keçirilən oyununda PSJ-nin futbolçusu Messinin penalti zərbəsini qaytarmasını yada salıb:
“O zərbəni qaytarmaq əlbəttə, gözəl idi. Amma Çempionlar Liqasında bu mərhələdə dayansaq, bunun heç bir mənası olmayacaq. “Real”ın Çempionlar Liqasında yoluna davam etməsi üçün yenə Messinin penaltisini dəf etməyə hazıram”.
“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə PSJ-yə 0:1 hesabı ilə uduzub. Həmin görüşdə Kurtua Messinin penalti zərbəsinin qola çevrilməsinə imkan verməyib.
Komandalar arasında cavab oyunu martın 9-da keçiriləcək.
Bizi Facebook-da izləyin