“Visla” Azərbaycan millisinin futbolçusunun maaşını ödəyə bilmir
Polşanın “Visla” klubunda maliyyə problemi yaranıb.
Komanda.az “Weszlo” nəşrinə istinadən xəbər verir ki, “Visla”nın başqa bir neçə futbolçu kimi Azərbaycan millisinin üzvü Anton Krivotsyuka da borcu yaranıb.
Klubun yaydığı bəyanatda 24 yaşlı müdafiəçi ilə yanaşı, bir neçə futbolçunun maaşlarında gecikmələrin olduğu bildirilib. “Visla”dan bildirilib ki, futbolçulara yalnız son ayın pulları ödənilməyib. Amma oyunlar üçün nəzərdə tutulan bonusların vaxtında ödənildiyi deyilir.
Krivotsyuk “Visla”ya ötən ilin yayın “Neftçi”dən keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin