Bütün yarışları Rusiya və Belarusdan alın – IOC-dan çağırış
Beynəlxalq Olimpiya Komitəsi (IOC) bütün idman federasiyalarını Rusiya və Belarusda keçiriləcək bütün yarışları təxirə salmağa və ya ləğv etməyə çağırıb.
Komanda.az IOC-un rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən ölkələrin Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması səbəb göstərilib.
Bildirilib ki, federasiyalar atəşkəs rejiminin pozulmasını nəzərə almalı və idmançıların təhlükəsizliyinə mütləq önəm verməlidirlər. IOC-un özü də bu iki ölkədə hər hansı yarış təşkil etməyi planlaşdırmır.
Həmçinin bütün federasiyalara rəsmi yarışlarda Rusiya və Belarusun dövlət rəmzlərindən istifadə etməmək təklif olunub.
Beynəlxalq Olimpiya Komitəsi Ukraynaya hərbi təcavüz nəticəsində zərər çəkmiş vətəndaşlara dəstəyini ifadə edib.
Daha əvvəl UEFA Çempionlar Liqasının Sankt-Peterbuqrdan alınaraq Fransanın paytaxtı Parisə verilməsi ilə bağlı qərar çıxarıb. Həmçinin bu il Rusiyada keçirilməli olan Formula 1 qran-prisi ləğv olunub.
Bizi Facebook-da izləyin